YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı Azərpoçt MMC-nin Ucar filialı və Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

İclasda ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Aqşin Mahmudov Azərpoçt MMC-nin Ucar filialı ərazi partiya təşkilatının sədri, Murad Əsədzadə sədr müavini, Əhliman İbrahimov Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri, Nuru Piriyev isə sədr müavini seçilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva yeni seçilən sədri və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.