YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Daşkəsən rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncaqları Mədəniyyət işçiləri, Uşaq Yaradıcılıq Mərkəzi, Quşçu, Zəylik, Çovdar, Əli İsmayılov adına, Uşaq Gənclər İdman və Şahmat məktəbi, Zinzahal, Qaraqullar, Çanaqçı, Muşavaq, Alaxançallı, Zağalı, Xoşbulaq və Qazaxyolçuyar ərazi partiya təşkilatlarında keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

İclaslarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının yeni sədr və sədr müavinləri seçilib.

DİGƏR Xəbərlər Arxiv