YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Füzuli rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatı Qayıdış 10-11 qəsəbə, Fin qəsəbə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib.   

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.