YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs, Göygöl Şəhər İƏD-i üzrə nümayəndəliyi, Göygöl Rayon Təhsil şöbəsi, Mədəniyyət şöbəsi, Maliyyə şöbəsi, Statistika İdarəsi, Gənclər və İdman idarəsi və Poçtamt, Suvarma Sistemləri İdarəsi, Telekommunikasiya qovşağı, Sukanal idarəsi, Qaz İstismarı Sahəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hesabat məruzələri dinlənilib, ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

İclaslarda təşkilati məsələlərə də baxılıb. Ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. 

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv