YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Təhsil şöbəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Nicat Həsənov ərazi partiya təşkilatının sədri, Şamo Qasımov sədr müavini seçilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni seçilən sədri və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.