YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Melioservis İdarəsi və Qaz İstismar İdarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Melioservis İdarəsi ərazi partiya təşkilatına İslam Sarıyev sədr, Əli Sadıqov sədr müavini, Qaz İstismar İdarəsi ərazi partiya təşkilatına Rafail Novruzov sədr, Sevil İbrahimova isə sədr müavini seçiliblər.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yeni seçilən sədr və sədr müavinlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

DİGƏR Xəbərlər Arxiv