YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollec, şəhər 4 saylı orta məktəb, şəhər 5 saylı orta məktəb, Digah kənd orta məktəb, Namik Həsənov adına Şıxəkəran kənd tam orta məktəb, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəb, Vel kənd, Bəlləbur tam orta məktəb, Lüvəsər kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının sədrləri görülən işlərə dair hesabatla çıxış ediblər. Hesabat-seçki yığıncaqlarında çıxış edənlər ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab ediblər. Yığıncaqlarda ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

DİGƏR Xəbərlər Arxiv