YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Sadıxov Rahid Vahid oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin ailə üzvləri ilə görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərimizin qanının yerdə qalmadığını, onların əziz xatirələrinin daim qəlblərdə yaşayacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid Rahid Sadıxov ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.