YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı Qumlaq ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, Qumlaq ərazi partiya təşkilatının sədri Əsəd Əsədov və fəal partiya üzvləri ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar.

İclasda təşkilati məsələlərə də baxılıb.  Əsəd Əsədov Qumlaq ərazi partiya təşkilatının sədri, İbrahim Rüstəmov isə sədr müavini seçiliblər.

Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.