YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Hesabat-seçki yığıncaqları Beyləqan şəhər, şəhər 1 saylı, şəhər 3 saylı və şəhər 5 saylı ərazi partiya təşkilatlarında baş tutub.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.