YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda Aprel şəhidinin məzarı ziyarət olunub

2016-cı ilin Aprel döyüşlərində şəhid olan gizir Nurlan Abdullazadənin doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev və partiya fəalları, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və RİH başçısının məsul işçiləri, Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin əməkdaşları şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Eyni zamanda Birinci Qarabağ müharibəsi şəhidləri Namiq Məmmədovun, Kamran Məmmədovun və Məhəmməd İsrəfilovun da məzarları ziyarət olunub.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev şəhid Nurlan Abdullazadənin keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Zərdabda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova da Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Daha sonra şəhid Nurlan Abdullazadənin gənc rəssam tərəfindən çəkilən portreti şəhidin atası Rasim Abdullayevə təqdim edilib.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlğını bildirib.

Qeyd edək ki, şəhid Nurlan Abdullazadə Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezidentin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.