YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncaqları 3 saylı Dövlət Sosial Müdafiə Fondu Cəlilabad rayon şöbəsi və 4 saylı Maliyyə İdarəsi ərazi partiya təşkilatlarında keçirilib. O cümlədən rayon təşkilatının Heydər Əliyev Mərkəzində yeni ərazi partiya təşkilatı təsis edilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.