YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının Rəhimli, Veyisli, Yeni Veyisli, Qazanbulaq Şadlı, Qaradağlı, Yolqullar Statistika, Dəyirmanlar, Düzqışlaq, Sarov, Dəlimmədli şəhər, Dəlimmədli xəstəxana, Hazırəhmədli, Faxralı, Alpout, Yəhərçi Qazaxlar, Quşçular, Borsunlu, Nadirkənd, Goranlı, Kələk, Xınalı, Qaramusalı, Qırıxlı, Koçay Dövlət Rəbiət Qoruğu, Muzdurlar, Yolpax, Səmədabad, Kəhrizli və Qazançı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda çıxış edən rayon təşkilatının sədri Elçin İsmayılov və sədr müavini Əzra Həşimova bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyası sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib və ona rəqib olacaq siyasi qüvvə mövcud deyil. Qeyd olunub ki, vətəndaşların böyük əksəriyyəti partiya sıralarında sıx birləşərək həyata keçirilən sosial və iqtisadi islahatların icrasında fəal şəkildə iştirak edirlər.

Daha sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.  Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilatı məsələlərə də baxılıb. Ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.