YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı “Azərbaycan 3”, “Heydər Əliyev prospekti 38”, “Qanboy Quliyev 1” ünvanları üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri təqdim olunub.

Məruzə ətrafında çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev tarixi zərurətdən irəli gələrək ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçməsindən söhbət açıb. Ulu Öndərin siyasi irsindən tarixi faktlar əsasında danışan R.Əliyev bildirib ki, bu gün partiyanın sədri  Prezident İlham Əliyevin məqsədyönlü siyasəti xalqımızın milli maraqlarını özündə əks etdirərək, ölkəmizin siyasi-iqtisadi, mədəni potensialına əsaslanır və müasir dövrün çağırışlarına cavab verir.

Daha sonra yığıncaqlarda təşkilatı məsələlərə baxılıb. “Azərbaycan 3” ünvanı üzrə ərazi partiya təşkilatına Elnarə Əzizova sədr, İlyas İsmayılov sədr müavini, “Heydər Əliyev prospekti 38” ünvanı üzrə ərazi partiya təşkilatına İbrahim Rəsulov sədr, Pərviz Cabbarov sədr müavini, “Qanboy Quliyev 1” ərazi partiya təşkilatına Kərəm İbrahimov sədr, Almaz Allahverdiyeva sədr müavini seçilib.