YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncaqları “Heydər Əliyev prospekti 38A”, “Heydər Əliyev prospekti 43A”, “Bakı prospekti 1” ünvanı üzrə ərazi partiya təşkilatlarında keçirilib. O cümlədən rayon təşkilatının “Həsən bəy Zərdabi 1A” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Hesabat seçki yığıncaqlarında ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev partiyanın qurucusu, müasir, müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlardan geniş bəhs edib. O, Ulu Öndər irsinin layiqli davamçısı, partiyanın sədri cənab İlham Əliyevin xalqımızın milli maraqları naminə həyata keçirdiyi uğurlu islahatlardan danışıb.

Daha sonra təşkilati məsələlərə baxılıb. “Heydər Əliyev prospekti 38A” ünvanı üzrə ərazi partiya təşkilatına Rəşad Bəhmənli sədr, Etibar Məmmədov sədr müavini, “Heydər Əliyev prospekti 43A” ünvanı üzrə ərazi partiya təşkilatına Amil Musayev sədr, İsmayıl Hüseynli sədr müavini, “Bakı prospekti 1” ünvanı üzrə ərazi partiya təşkilatına Məmmədova Sevinc sədr,  Rüfət Quliyev sədr müavini, yeni yaradılan “Həsən bəy Zərdabi 1A” ünvanı üzrə ərazi partiya təşkilatına isə Elgün Əzizov sədr, Toğrul Mahmudlu sədr müavini seçiliblər.

DİGƏR Xəbərlər Arxiv