YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Azad Sabir oğlu Cəlilovun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Ucar Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəbrayıl Tağıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, şəhid valideynləri, Alpout kənd 1 və 2 saylı tam orta məktəblərinin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Azad Cəlilov 6 fevral 1994-cü ildə Kəlbəcər rayonunda, Murovdağ istiqamətində itkin düşüb.