YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının yaranması günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının yaranması günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

YAP Qusar rayon təşkilatının qərargahında baş tutan tədbir Ümummilli Liderin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarında keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıblar.

Sonra partiya veteranı Maya Pirverdiyeva, gənc fəal Samirə Qasımova təşkilatın yaranması günü münasibətilə həmkarlarını təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda bir qrup partiya veteranı fəxri fərmanlarla təltif edilib, partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.