YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının Daşdəmirbəyli, Nəmirli, Ərəbsarvan, Hacıqədirli ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

İclaslarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına yeni sədr və sədr müavinləri seçilib.

Sonda rayon təşkilatının əməkdaşları yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.