YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “İstiqlaliyyət küçəsi 51” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri Arzuman Muradlı hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, təşkilat üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.

Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının əməkdaşı Aysel Nəsibova hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. Çıxışı zamanı Vətən müharibəsinə toxunan A.Nəsibova deyib ki, işğalçı Ermənistanın ordusu 44 gündə tamamilə məhv olunub, Azərbaycan xalqı 30 illik işğaldan qurtulub öz dədə-baba torpaqlarına qovuşub. Qarabağ öz sahibinə qayıdıb. İndi isə azad olunan torpaqlarımızda böyük quruculuq-bərpa işləri aparılır.

A.Nəsibova yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda iştirakçılara məlumat verib.

DİGƏR Xəbərlər Arxiv