YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Elman Nəsirov fevralın 4-5 tarixlərində 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Üçtəpə və Uzuntəpə kəndlərində seçiciləri ilə görüş keçirib.

E.Nəsirov dövlətin sosial siyasətindən, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, vətəndaş amili dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkə vətəndaşları hər addımda dövlətin onlara diqqət və qayğısını görür. Azərbaycanın bu gün özünü dünyaya sosial dövlət kimi təqdim etməsinin əsasında da uğurlu sosial-iqtisadi islahatlar dayanır.

Görüşdə Üçtəpə kənd sakini Qeys Məlikov, Məlikqasımlı kənd sakini Azad Şükürov, Bayxanlı kənd sakini Ceyhun Nadirov və Uzuntəpə kənd sakinləri Ərəstun Abbasov, Ramil Şahmarov, Əlizamin Əliyev, Kənan Səlimov, Mirzə Ələddin, Teymur Alışov və Bəhruz Ramazanov iştirak edib.

Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, ünvanlı sosial yardım və xüsusilə də örüş sahələri ilə bağlı məsələləri dilə gətiriblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər ilə bağlı deputat E.Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verib.

DİGƏR Xəbərlər Arxiv