YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə gənclərlə görüş keçirilib

 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə bir qrup gənclə görüş keçirilib.

Tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, gənclərə verdiyi dəyərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələdə inkişaf etməkdədir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Milli Məclisin deputatı Sadiq Qurbanov qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. “Ona görə də gənclərimiz cəmiyyətdə xüsusi yerə malikdir. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir”.

Daha sonra çıxış edən “İstiqlaliyyət 6” ərazi partiya təşkilatının sədri Mikayıl  Zeynalov, “Üzeyir Hacıbəyov 34” ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov da ölkənin inkişafında gənclərin rolunu  xüsusi vurğulayıblar.

Sonda fəal gənclər mükafat və fəxri fərmanlarla təltif olunub.