YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirib ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və fədakar fəaliyyətləri ilə Azərbaycanın inkişafına öz töhfələrini verirlər: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir. Ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, 2020-ci ili “Könüllülər ili” elan edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir”.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasovun sözlərinə görə, Dövlət Gənclər Siyasətinin əsas məqsədi gənclərin sosiallaşması, effektiv özünüreallaşdırması, onun potensiallarının inkişafı və ölkənin ümumi innovativ tərəqqisi naminə istifadəsi üçün hərtərfli şəraitin yaradılmasıdır: “Son onilliklərin praktikası aydın şəkildə göstərir ki, gələcəkdə strateji üstünlüyü o dövlətlər əldə edəcək ki, öz gənclik resusunun innovativ inkişaf potensialının effektiv və produktiv istifadəsinə hansı dərəcədə nail olacaqlar. Bu baxımdan ölkəmizdə gəncləri sosial praktikaya cəlb edərək özünüinkişafın potensial imkanları barədə maarifləndirmək, elmi, yaradıcı və sahibkar gəncliyə hər cür dəstəyi verilməkdədir. Xüsusilə liderlik keyfiyyətlərinə malik, təşəbbüskar və istedadlı gəncləri üzə çıxarıb inkişafına təkan verən bütöv bir sistem formalaşdırılmaqdadır. Həmçinin Azərbaycan gəncliyi yüksək patriotizmə və vətəndaşlıq şüuruna malik, millətin milli-mənəvi və mədəni dəyərləri ruhunda yetişdirilməkdədir. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Ötən əsrin sonlarında dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edirdi. Təsadüfi deyil ki, məhz Ulu Öndər ölkə gənclərinin ilk forumu təşkil etdi və o zamanın gəncləri olan bizlərə “2 fevral - Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Onların təhsil almağı üçün şəraitləri yaxşılaşdı, dövlət işlərində irəliyə çəkilməsi gündəmə gəldi. Bu addım Ulu Öndər Heydər Əliyevin xalqı və xalqının işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. 44 günlük Vətən müharibəsi bir qəhrəmanlıq dəstanıdır”. Emil Abasov, həmçinin zərərli dini cərəyanların və radikal müxalifətin təsiri dairəsinə düşmüş gənclərin cəmiyyətə yenidən qazandırılması, onlar arasında maarifçilik, təbliğat və təşviqat işinin gücləndirilməsinin vacibliyi barədə də danışıb.

44 günlük Vətən Müharibəsinin iştirakçısı Elnur İsayev vətənə olan sevgisindən, döyüşlər zamanı silahdaşlarının göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Qeyd edib ki, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı olub. Elnur İsayev göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

YAP Pirallahı rayon təşkilatının gənc fəalı Aysel Qəribli Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini deyib.

Tədbirin sonunda YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla mükafatlandırılıb.