YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət mühüm prioritetlərdən biridir

Biz iştirak etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti çərçivəsində öz milli mənafelərimizi maksimum təmin etmək üçün iştirak edirik.

Bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

“Hər bir beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan, bir də hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə də burada bütün ölkələrin mənafelərinin nəzərə alınması vacibdir. Bu səbəbdən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörməti mühüm prioritetlərdən biri hesab edirəm. Azərbaycan qanunun aliliyini və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv