YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Ramil Həsənin Ucar rayonunda seçiciləri ilə növbəti görüşü baş tutub.

Rayonun Heydər Əliyev Mərkəzində keçilən görüşdə vətəndaşları narahat edən problemlər, təklif və tələblər deputat tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanun çərçivəsində öz həllini tapması üçün müvafiq tapşırıqlar verilib. Seçicilərin müraciətlərinin əksəriyyəti əlillik, işsizlik, sosial problemlərin həlli, su, qaz xətlərinin, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı olub.

R.Həsən Ucar rayon Boyat kənd İnzibati Ərazi Nümayəndəliyinin binasında Boyat, Bağban, Qazyan, Yuxarı Şilyan kəndlərindən olan seçiciləri ilə də görüşüb.

Kənd yollarının asfaltlanması, elektrik enerjisinin təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər və digər problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Görüşlərdə bir qrup seçici artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Milli Məclisin deputatı kənd ərazisində səyyar görüşlər də keçirərək, müharibə veteranlarının, əlillərin və gənclərin problemlərini dinləyib, onları narahat edən məsələlərin həlli bağlı müvafiq tapşırılar verib.