YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Monteneqronun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul edib.
Səfir Branko Miliç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Branko Miliç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Branko Miliç Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin xüsusilə son bir neçə ildə sürətlə inkişaf edərək yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Prezident İlham Əliyev Prezident Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqro dövlətinin başçısına, Baş nazirinə və parlamentin sədrinə çatdırmağı xahiş etdi.

 

DİGƏR Xəbərlər Arxiv