YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə görüşüb

Yanvarın 26-da Milli Məclisin deputatı Əliabbas Salahzadə YAP Sabunçu rayon təşkilatının qərargahında Zabrat qəsəbəsinin seçiciləri ilə görüş keçirib.

Görüşdə qəsəbə sakinlərini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gündəmdə olan məsələlər sırasında məşğulluq və işsizlik, sosial müavinət əsas yer tutub.

Deputat Ə.Salahzadə dövlətin siyasətində insan amilinə verilən dəyərdən geniş bəhs edərək bildirib ki, vətəndaş məmnunluğunun artırılması prioritet məsələlərdəndir. Ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasətlə tamamlanır. Təkcə 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezident fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Hər zaman özünə diqqət və qayğının şahidi olan ölkə ictimaiyyəti dövlətin irəli sürdüyü bütün təşəbbüsləri, qəbul etdiyi qərarları daim dəstəkləyir, qüdrətli, güclü Azərbaycanın daha da möhkəmlənməsinə öz töhfələrini verməyə səy göstərirlər. Ölkəmizdə xalq-Prezident birliyi sarsılmazdır.  

Görüşdə seçicilərin müraciətləri diqqətlə dinlənilib və qeydiyyata alınıb. Müraciətlərin qısa zamanda aidiyyatı qurumlara təqdim olunacağı bildirilib.

Seçicilər səmimi görüşə görə minnətdarlıqlarını, problemlərinin qısa zamanda həllini tapacağına əminliklərini ifadə ediblər.