YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.
Səfir Xorke Abarka del Karpio fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xorke Abarka del Karpio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Xorke Abarka del Karpio paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Peru arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.