YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Viki Klub” layihəsinə start veriləcək

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən dünyanın ən böyük elektron ensiklopediyası hesab olunan Vikipediya platformasında Azərbaycanla bağlı mövcud məlumatların təkmilləşdirilməsi, təhrif olunmuş məlumatlara düzəlişlərin edilməsi və bu istiqamətlərdə fəaliyyət göstərən peşəkar şəxslərin sayının artırılması məqsədi ilə “Viki Klub” layihəsi həyata keçiriləcək.

“Qorqud” Vikipediya metodik klubunun tərəfdaşlığı ilə baş tutacaq layihə çərçivəsində peşəkar Vikipediya təlimçiləri tərəfindən İKT sahəsindəki bilik və bacarıqları nəzərə alınmaqla seçilmiş 30 nəfər gənc 10 hissəli təlim prosesinə cəlb olunacaq. Təlimlərin yekununda layihə iştirakçıları tam şəkildə Vikipediya platforması üzərində yeni məqalələrin yaradılması, düzəlişlərin edilməsi və s. bacarıqlara yiyələnmiş olacaqlar.

İlkin olaraq 30 gəncin iştirakı ilə formalaşdırılacaq klub mütəmadi olaraq ölkəmizlə bağlı yeni məqalələrin hazırlanıb yerləşdirilməsi, o cümlədən mövcud yazıların təkmilləşdirilməsi prosesini həyata keçirəcək. Klubun fəaliyyətinə dair mütəmadi olaraq hesabatlar hazırlanacaq.

Layihəyə müraciət üçün qeydiyyat linki: https://bit.ly/3GYWKyi

Müraciət üçün son tarix: 03.02.2022-ci il, saat 12:00

Layihə ilə əlaqədar suallarınızı email ünvanına göndərə bilərsiniz: gencler_birliyi@yap.az

#YAP #YAPGB

DİGƏR Partiya xəbərləri Arxiv