YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Vüqar İskəndərov vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Vüqar İskəndərov Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib.

Qəbulda deputatla yanaşı Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini də iştirak edib. Şəhər sakinləri ilə görüş zamanı onların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən, məşğulluq, maddi yardım, səhiyyə, kommunal xidmətlər və s. mövzularda olub. Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.

Qəbulda həmçinin deputatın payız sessiyası dövründə gördüyü işlərlə bağlı vətəndaşlara məlumat da verilib.