YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əsgər İsmayılzadənin doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil Şöbəsinin və UGİŞM-nin əməkdaşları Vətən müharibəsi şəhidi İsmayılzadə Əsgər Bəxtiyar oğlunun doğum günü münasibətilə rayonun Gülövşə kəndində məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhidin şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.

Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-in şəhidin xatirəsinə həsr etdiyi Sambo idman yarışının qaliblərinə fəxri fərmanlar təqdim olunub.