YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib

Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib.

Onlayn qaydada keçirilən görüşdə deputat seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilərin müraciətləri əsasən məşğulluq, hüquqi, tibbi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

Qəbul zamanı seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan Naqif Həmzəyev hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, bəzi məsələlər yerindəcə həllini tapıb.

Görüşdə mövcud problemlərinin aradan qaldırılması istiqamətlərində aidiyyatı qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv