YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla OPEC arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş çərçivəsində Baş katib Azərbaycanla əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladıb. Bu təşəbbüsün OPEC-ə üzv və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında OPEC+ formatının yaradıldığını qeyd edib. Baş katib OPEC+ formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.

Nazir Ceyhun Bayramov OPEC+ formatında uğurlu əlaqələrimizdən danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi ilə OPEC+ formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.