YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “İstiqlaliyyət küçəsi 8” üzrə ərazi partiya təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon təşkilatının “İstiqlaliyyət küçəsi 8” üzrə ərazi partiya təşkilatının sədri Orxan Ağayev, təşkilatın nümayəndəsi Qabil Həsənov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar.

Qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. Həmçinin, ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyi diqqətə çatdırılıb. Ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən 20 Yanvar şəhidlərinin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu bildirilib.