YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət olunması zəruri olan məqamları aydınlaşdırdı

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan 21-ci əsrin qalib ölkəsi kimi tarixə adını yazdırdı. Müzəffər Ali Baş Komandan başda olmaqla, hər bir Azərbaycanlı dəmir yumruq ətrafında birləşərək, düşmənə qarşı torpaqlarımızın azadlığı uğrunda mübarizə apararaq, mütləq zəfər çaldı. Bu zəfərin əldə olunması başda cənab Ali Baş Komandanın şücaəti, xalqımızın əzmkarlıqla apardığı mübarizə, şəhidlərimizin qanı bahasına başa gəlmişdir. Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə də şanlı zəfər tariximiz işıqlandırılmışdır.

Cənab Prezident müsahibədə, ölkədə iqtisadi artımın 5 faizdən çox olduğunu və müharibədən çıxmış ölkə üçün çox gözəl nəticə olduğunu vurğuladı. Bu qeyri-neft sektorunun irəliləyişinin, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyinin təzahürüdür.

İşğaldan azad edilmiş ərazilərimizdə təxirəsalınmaz quruculuq-bərpa işləri aparılır, regionun iqtisadi cəhətdən inkişafı üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda artıq əkin işlərinə başlanılmış, özəl şirkətlərə bu barədə təlimat verilmiş və bu sahədə lazımi tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Regionda həmçinin, mina təmizlənməsi prosesinə diqqət yetirilir. Prezident İlham Əliyev mina təmizlənməklə bağlı ilk olaraq, infrastrukturun, yəni elektrik xətləri və yolların diqqət mərkəzində olmasını vurğulayaraq, o sahələr təmizləndikdən sonra digər mühüm işlərə başlandığını bildirmişdir. Həmçinin, regionda elektrik təsərrüfatının yaradımasının vacibliyini bildirən cənab Prezident dağlıq ərazilərin relyefinin çətinliyini vurğulayaraq, orada hərbçilərin xidmət etməsi üçün infrasturukturun yaradılmasının görülmüş vacib işlərdən biri olduğunu bildirdi. Azad edilmiş torpaqlarda 7 yarımstansiya inşa edilməsi cənab Prezident tərəfindən vurğulanmışdır. Düşmən tapdağı altından azad edilmiş ərazilərimizdə infrastrukturun yaradılması böyük bir uğurdur. Bunun nəticəsidir ki, hərbçilərimiz həmin ərazilərimizdə problemsiz xidmət aparır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə istər magistral, istərsə də dəmir yollarının çəkilməsi prosesi sürətlə gedir. Prezident İlham Əliyev bu sahədə görülən işlərin vacibliyini vurğulayaraq, Naftalanın Talış-Suqovuşanla birləşdirilməsinin həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi nəzərindən əhəmiyyətli olduğunu bildirmişdir.  Bu sahədə fəal tədbirlərin görülməsi, regionun turizm nöqteyi cəhətdən canlanması səbəbindən iqtisadi irəliləyiş də əldə ediləcək. Bundan əlavə, Zəfər yolunun, Füzuli-Şuşa yolunun bir ilə çəkilməsini, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yollarının çəkildiyini cənab Prezident müsahibəsində bildirdi. Prezident İlham Əliyev müsahibədə, həmçinin, Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıldığını vurğuladı. Cənab Prezident Qarabağ regionunda tarixi abidələrin bərpası işlərində mühüm tədbirlər görüldüyünü, işğaldan azad edilmiş ərazilərimizdə yaşayış massivlərinin salınmasını, əhalinin rahat həyat şəraitində firavan şəkildə yaşaması üçün bir sıra işlərin görüldüyünü vurğulamışdır.

Cənab Prezident müsahibədə, korrupsiyaya qarşı fəal mübarizə aparıldığını, bu yöndə ciddi kadr islahatlarının həyata keçirildiyini, bu xoşagəlməz hallara qarşı barışmaz mövqe tutduğunui bildirdi. Müsahibədə, Azərbaycan-Ermənistan münasibətlərindən də danışılmış, cənab Prezident Zəngəzur dəhlizinin yaxın zamanda reallığa çevriləcəyini, Ermənistanın etirazına baxmayaraq, Azərbaycanın öz məqsədyönlü siyasətini həyata keçirdiyini vurğuladı. Azərbaycan hər zaman sülh tərəfdarı olmuş, müharibə bitdikdən sonra sülh danışıqlarının aparılmasını istəmişdir. Lakin, hər zaman olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinə əngəl törətmiş, regionda sülhün tam şəkildə bərqərar olmasında maraqlı olmamışdır. Cənab Prezident müahibədə bizim düşmənə sülh təklif etməyimizin səbəbini regionun gələcəyi naminə və müharibə riskinin sıfıra endirilməsi naminə olduğunu vurğulayaraq, Ermənistanın sülh prosesinə hazır olmadığı təqdirdə, itirən tərəfin məhz Ermənistan olacağını bildirdi.

Tarixi müsahibədə Prezident İlham Əliyev tam aydın şəkildə, ardıcıllıqla jurnalistlərin bütün suallarını cavablandırdı. Məlum oldu ki, Azərbaycan mütəşəkkil şəkildə müstəqil siyasət yeridir. İqtisadi irəliləyiş, korrupsiyaya qarşı mübarizə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur, quruculuq tədbirlərinin həyata keçirilməsi dövlətimizin məqsədyönlü şəkildə həyata keçirdiyi müstəqil siyasətinin nəticəsidir.