YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının iclası keçirilib

Yanvarın 14-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının iclası keçirilib.

Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. İclasda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının 2021-ci il ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib, sonra Şuranın 2022-ci il üçün Tədbirlər Planı müzakirə olunub, təkliflər və əlavələr nəzərə alınmaqla  təsdiq olunması barədə qərar qəbul edilib.