YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda NATO nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib

Martın 19-da Bakıda “NATO-nun Uels sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı nümayəndəliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyasından, Cənubi Qafqaz geostrateji məkanındakı dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün rolundan danışıblar.
Daha sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv