YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi obyektlərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Martın 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov yeni tikilən hərbi şəhərcikdə aparılan inşa işlərinin gedişatını yoxlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş yataqxana kompleksi də inşa edilir.