YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunun Pirkəkə kəndində Vətən müharibəsi qaziləri ilə görüş keçirib. C.Osmanov qazi Osmanov Təhmasib Vasif oğlunu yaşadığı evində ziyarət edib.  Görüşdə həmçinin, Vətən müharibəsi qaziləri Əliyarov Mürşüd Sənvər oğlu və İsayev Ayxan İlqar oğlu da iştirak ediblər.

Milli Məclisin deputatı qaziləri və onların ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Azərbaycan Ordusunun misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıb.

Görüşdə qazilərin qayğıları ilə də  maraqlanılıb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğu, şəhid ailələri və sağlamlıqlarını itirən hərbçilərimizin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqları qeyd edilib.

Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.