YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Kərpiç küçəsi 16” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilən yığıncaqda  çıxış edən DSMF-nin Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinin rəisi Yavər Məmmədov bildirib ki,  Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır.

Ərazi ilk partiya təşkilatı təsis edildikdən sonra təşkilati məsələlərə baxılıb. Yavər Məmmədov Kərpiç küçəsi, 16 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədri, Məhəmməd Məmmədov isə sədr müavini seçiliblər.

İclasın sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və təşkilat  üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.