YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müraciət

Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM  ƏLİYEVƏ

Möhtərəm Prezidentimiz!

Çoxhörmətli Yeni Azərbaycan Partiyasının Sədri!

Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanımız Sizin 18 illik titanik fəaliyyətiniz sayəsində davamlı inkişaf yolunda uğurla irəliləyərək beynəlxalq miqyasda özünəməxsus layiqli və nüfuzlu yer tutmuşdur.

Təbii ki, siyasi, iqtisadi, sosial, hərbi sahələrdə əldə edilmiş uğurların fövqündə Sizin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətinə sədaqətiniz, Rəhbər kimi sözlə əməlinizin vəhdəti, beynəlxalq aləmdə daima artan nüfuzunuz dayanır.

Siz Ulu Öndərin şah əsəri olan çağdaş, demokratik Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri səviyyəsinə yüksəldilməsi üçün müəllifi olduğunuz strateji proqramları həyata keçirməklə yanaşı,  xalqımızın taleyində xüsusi əhəmiyyətə malik olan transmilli layihələrə fədakarlıqla və qətiyyətlə imza atmaqla müasir və gələcək tariximizin ən parlaq səhifələrinə möhür vurmusunuz.

Dünyanın ən güclü  ordularından birinə çevirdiyiniz Silahlı Qüvvələrimiz Sizin Ali Baş Komandan kimi müdrik rəhbərliyinizlə 21-ci əsrin hərb tarixinə yeni səhifə yazdı. Siz dövlətimizi QALİB DÖVLƏT, xalqımızı QALİB XALQ zirvəsinə yüksəltdiniz. Xalqımıza bəxş etdiyiniz və Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi əbədiyyət qazanan  ZƏFƏR GÜNÜ indiki və gələcək nəsillər üçün əsl qəhrəmanlıq salnaməsidir. Bu möhtəşəm Qələbə ilə Siz  xalqımızın intizarla gözlədiyi tarixi ədaləti bərpa etdiniz, millətimizin milli mənliyi və qürurunu özünə qaytardınız.

Biz, konfrans iştirakçıları, parlaq Qələbəni bizə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, bundan sonra da Sizin ətrafınızda daha sıx birləşərək, yeni zəfərlərə gedən yolda birlikdə addımlayacağıq!

Hörmətli cənab Prezidentimiz!   

Siz yüksək intellektiniz, dərin məntiqiniz sayəsində ən uca yüksəklikləri fəth etmiş, əvəzolunmaz Lider olaraq, millətimizin, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının və beynəlxalq tərəfdaşlarımızın yüksək etimadını qazanmısınız.

Mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilmiş doğma Azərbaycanımızın hər bir vətəndaşı daima Sizinlədir və öz Lideri ilə fəxr edir, Sizə sonsuz məhəbbətini ifadə edərək qürur duyur.

Əminik ki, məhz Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyinizlə dövlətimiz, xalqımız yeni-yeni uğurlara, qələbələrə qovuşacaqdır. Dövlətimiz, xalqımız üçün bu taleyüklü yolda Sizə və hörmətli Mehriban xanıma möhkəm cansağlığı, davamlı nailiyyətlər arzulayırıq.  Allah Sizi qorusun!

Yaşasın Azərbaycan!

Eşq olsun Azərbaycan Prezidentinə!

Müraciət Yeni Azərbaycan Partiyasının təşkilatcılığı ilə 2021-ci il dekabrın 24-də keçirilən “QARABAĞ: CƏNUBİ QAFQAZDAN DÜNYAYA AÇILAN YENİ MƏNZƏRƏ” mövzusunda elmi-praktik konfransda qəbul edilmişdir.