YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhid ailələri bayram münasibətilə ziyarət edilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər.

Könüllülərin də iştirak etdiyi ziyarət zamanı partiya əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar.

Şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.

YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva bildirib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasıdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.