YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, ərazi partiya təşkilat sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat  rəhbərləri və gənclər iştirak ediblər.
Əvvəlcə partiyanın qurucusu ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
F.Vəliyev Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi  islahatlardan bəhs edib. Bildirib ki, hər sahədə təkmil islahatların aparılması, gənc nəslin azərbaycançılıq ideologiyasına sadiq  yetişməsi və digər mühüm amillər 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirdi. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edildi, müasir və innovativ Azərbaycanın milli ordusu formalaşdırıldı və Zəfərə hazırlandı.  Vətən müharibəsi dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin təqdimatı oldu.
Tədbirdə çıxış edən R.Tağıyev isə Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Dövlət başçısının rəhbərliyi ilə qazanılan Qələbədən danışan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı  qeyd edib ki, dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diqtə edən tərəf olduğunu nümayiş etdirir.
Konfransda Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov, YAP Şəmkir rayon təşkilatı fəalı Qətibə Məmmədova, Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov da  çıxış edərək son 18 ildə qazanılan nailiyyətlərdən danışıblar.