YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı “Azərbaycan son 18 ildə” adlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı tərəfindən Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət sarayında “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə əl işlərindən ibarət rəsm  sərgisinə  baxış keçiriblər. Daha sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı sədrinin vəzifələrini icra edən Sevil Əhmədova müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yoluna nəzər salaraq qeyd edib ki, Prezident İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilib.  Azərbaycan hərbi qüdrətini möhkəmləndirməklə  yanaşı,  haqlı tərəf kimi informasiya cəbhəsində də üstünlük əldə etmək  üçün ciddi səylər göstərib. Bu gün böyük fəxrlə söylənilən “Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir” fikri də ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir. 

Sonra YAP İsmayıllı rayon təşkilatının üzvləri İsmayıllı Rayon Təhsil şöbəsinin müdiri Rövşən Əliyev, partiya veteranı Şəfaqət Rəsulov, şəhid anası Aynurə Mirzəliyeva, İsmayıllı Uşaq Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva,  İsmayıllı Regional Mədəniyyət Mərkəzinin rəisi Elçin Nəcəfli  və digərləri çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Zəfərin Azərbaycan tarixində parlaq səhifə olduğunu vurğulayıblar.

Tədbirin sonunda İsmayıllı Rayon Mədəniyyət şöbəsinin instrumental ansamblın müşayiəti ilə  vətənpərvər mövzusunda musiqilər səsləndirilib.