YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib

Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Laçın rayonunun icra strukturları, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. 

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın  rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ərazi ilk partiya təşkilatlarının sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, digər idarə və müəssisələrinin rəhbərləri, və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyəti  inzibati binası qarşısındakı büstünü ziyarət edərək,  abidə  önünə tər güllər düzmüşlər.

Sonra tədbir Laçın Rayon İcra Hakimiyyəti inzibati binasının  iclas salonunda davam etdirilib.  YAP Laçın  rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov tədbirdə çıxış edərək bildirib ki, cənab  İlham Əliyevin 18 illik fəaliyyəti Azərbaycan tarixinin unudulmaz səhifələrindəndir: “Cənab  İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən “hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına” söz verib və bu günə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, Vətənin mənafeyi uğrunda çalışıb və çıxışlarında  qətiyyətlə qeyd edib ki, biz işğalda olan torpaqlarımızı mütləq azad  edəcəyik. Azərbaycan Prezidentinin ata vəsiyyətinə sədaqəti və xalq qarşısında verdiyi vəd 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində Qarabağ torpaqlarının düşmən işğalından azad olunması ilə öz təsdiqini tapdı”.

Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  tədbirdə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildiyini, bu illər  ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunduğunu bildirib. A.Nəzərli çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli  davamçısı cənab İlham Əliyev yenilməz sərkərdəlik bacarığı və  mahir diplomat  kimi 44 günlük Vətən  müharibəsində möhtəşəm Zəfərə imza atması ilə  tariximizə torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük  bəladan qurtaran  xilaskar kimi düşüb.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, əhalinin rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Qeyd edilib k, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Konfransda Prezident cənab İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən film də nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv