YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək  Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin 18 ildə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi-siyasi və hərbi gücünün artmasını, xalq-iqtidar birliyinin vəhdət təşkil etməsini, Vətən sevgisinin böyüklüyü fonunda möhtəşəm Qələbəyə  imza atılmasını qeyd edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın simasını dəyişib, regionun qüdrətli ölkəsinə çevirib. Ümummilli lider Heydər Əliyevin siyasi kusunun davamçısı kimi İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətli inkişafa qovuşdurub.

Tədbirdə daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon ərazi partiya təşkilat sədrləri Dilarə Cəbrayılova, Azər Ələkbərov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv