YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur

«Ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi ölkəmizin müstəqilliyini istəməyən qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir. Bunu görən müəyyən xarici dairələr məyus olurlar və həmişə də məyus olacaqlar». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkəmiz növbəti parlament seçkilərinə böyük uğurlarla gedir. Onun sözlərinə görə, ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur.

«Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Sadəcə, siyasi partiyalar seçki prosesinə fəal hazırlaşmalıdırlar ki, hansısa nəticələr əldə edə bilsinlər. Azərbaycanda xeyli sayda siyasi partiyalar fəaliyyət göstərir və onlar qanunvericiliyin tələbləri əsasında bu seçkilərdə iştirak edə bilərlər. Hər seçkidə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Qarşıdan gələn parlament seçkilərində də belə olacaq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv