YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının təşkilatçılığı ilə rayonun Heydər Əliyev mərkəzində “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb.

“Yeni dövrün yeni lideri” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində fəaliyyəti və 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən bəhs edib. Tədbirdə rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova “İlham Əliyev: Zəfər və qəhrəmanlıq simvolu”, şəhid atası Qahir Zamanov “Şəhid ailələri və qazilərə qayğı İlham Əliyevin fəaliyyətinin əsas prioritetidir”, partiyanın fəal gənci Vadim Fərzəliyev “İlham Əliyev: gəncliyin himayədarı” mövzusunda çıxış ediblər.

Konfransın sonunda Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

 

 

DİGƏR Xəbərlər Arxiv