YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, rayonun idarə və müəssisə rəhbərləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə YAP-ın qurucusu, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının məsul əməkdaşı İsmayıl İbrahimov ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə olunduğunu söyləyib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov isə qeyd edib ki, ötən 18 ildə ölkə daxilində inkişaf, təhlükəsizlik və sabitlik təmin olunub. Cənab İlham Əliyevin Prezident seçildiyi ilk illərdən bu günə kimi qəbul etdiyi “Regionların sosial iqtisadi inkişafına dair dövlət prqoramları”, “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası” və bu kimi ardıcıl proqramların icrası nəticəsində Azərbaycanın bütün ərazisində sosial-iqtisadi sıçrayışa nail olunub.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədovanun sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq istiqamətində istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirərək “güclü dövlət” konsepsiyasını reallaşdırıb. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrilib.

Sonra mövzu ətrafında Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov, Qarasu kənd tam orta məktəbinin direktoru, YAP Hacıqabul rayon təşkilatının Qarasu məktəbi ərazi partiya təşkilat sədri Zərəngiz Abasova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi, YAP Hacıqabul rayon təşkilatı Mədəniyyət İşçiləri ərazi partiya təşkilatının sədri Elnur Əmirəslanov çıxış ediblər.

Tədbirin sonunda Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş qısametrajlı film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv