YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda “Azərbaycan son 18 ildə” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı ilə birgə “Azərbaycan son 18 ildə” mövzusunda elmi-praktik konfrans keçirilib.

           Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak edib.

       Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Azərbaycan son 18 ildə” adlı videoçarx nümayiş olunub.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə görülən işlərin ölkəmizin simasını dəyişdiyini söyləyib.

Tədbirdə filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov, Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov, YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov da çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 18 ildə qazanılan uğurlardan, təhsil sahəsində aparılan islahatlardan, bərpa və yenidənqurma işlərindən danışıblar.

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi  Mirzəyeva Nuranə “Azərbaycan Gəncliyi son 18 ildə” mövzusunda çıxış edərək cənab Prezident İlham Əliyevin gənclər siyasətinə verdiyi önəmdən bəhs edib, məktəbəqədər təhsil ixtisasının II tədris ili tələbəsi İbadova Aydan isə “Cənab Ali Baş Komandan“ şeirini səsləndirib.