YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatında şəhid ailələri ilə növbəti görüş baş tutub

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri  ilə növbəti görüş keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalid Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən danışıb.

YAP Yevlax rayon təşkilatının məsul əməkdaşı Rafiq Əliyev Vətən müharibəsində qazanılan Qələbənin məhz Prezident İlham Əliyevin qətiyyətli iradəsi və Ordumuzun rəşadəti hesabına əldə olunduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə çıxış edən şəhid ailələrinin nümayəndələri qəhrəman oğulların göstərdikləri igidliklərdən, onların keçdikləri şərəfli döyüş və həyat yolundan danışıblar.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.